Türkiyədə bülletenlər sayıldı - Faizlər dəyişdi

11:02 - 15.05.2023


15 may, Fineko/abc.az. Türkiyədə seçki qutularının 100 faizinin açılmasından sonra “Cümhur İttifaqı”nın namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan seçicilərin 49.24 faiz (26 085 999) səsini alıb, ABC.AZ xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Məlumatda qeyd edilib ki, “Millət İttifaqı”nın namizədi, CHP sədri Kamal Kılıçdaroğlu isə 45.06 faiz (23 869 863) səs toplayıb.

Digər namizədlər Sinan Oğan 5,28 faiz, yəni 2 796 379 səs, Məhərrəm İncə isə 0,42 faiz (220 133) səs ala bilib.

.Qeyd edək ki, prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.

Həmçinin Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edib.

Bütün xəbərlər