İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 17 faizdən çox artıb

16:15 - 15.05.2023


15 may, Fineko/abc.az. Cari ilin yanvar-aprel ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 625 milyon manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz və ya 176,1 milyon manat artıb.

ABC.AZ Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz artaraq 1 milyard 37,7 milyon manat təşkil edib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz artaraq 56,7 milyon manata çatıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,8 faiz artıb və 41,8 milyon manat təşkil edib.

Həmçinin icbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz artaraq 291,5 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 21,1 faiz artıb və 204,3 milyon manat təşkil edib.

Bütün xəbərlər