ATƏT Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçirəcək

12:31 - 27.06.2018


27 iyun, Fineko/abc.az. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 28-də Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək.

Müdafiə Nazirliyinin məlumatında deyilir ki, monitorinq  Qazax rayonu istiqamətində keçiriləcək.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Gennadi Petrika keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Saymon Tiller və Martin Şuster keçirəcəklər.

 

Bütün xəbərlər