Dolların ortaçəkili məzənnəsi 1,7000 AZN səviyyəsində formalaşıb

13:14 - 27.06.2018


27 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti valyuta hərracı keçirib.

“27 iyun 2018-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Hərrac nəticəsində manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır”, - AMB-dan belə xəbər verildi.

Daha öncə, iyunun 21-də keçirilmiş valyuta hərracında ortaçəkili məzənnə həmçinin bir dollara 1,7000 manat təşkil etmişdir.

 

Bütün xəbərlər