Azərbaycan QDİƏT-ə rəhbərlik edəcək

14:33 - 27.06.2018


27 iyun, Fineko/abc.az. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) sədrlik Azərbaycana həvalə edildi.

Bu gün Yerevanda  keçirilən QDİƏT Xarici İşlər Nazirlərinin 38-ci Şurasının iclası çərçivəsində Ermənistan bu quruma sədrliyi Azərbaycana ötürdü.

İclasda  Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil etdi.

Azərbaycan QDİƏT-ə  altı ay ərzində:  2018-ci ilin  iyul ayından dekabr ayına qədər rəhbərlik edəcək.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) 1999-cu ildə yaradılıb və 12 dövlətdən ibarətdir: Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna.

 

 

Bütün xəbərlər