Rusiyadan ən çox qoyun və keçi alan ölkə Azərbaycan olub – Siyahı

11:11 - 17.05.2023


17 may, Fineko/abc.az. 2022-ci ildə Rusiyadan 110 ton qoyun və keçi əti ixrac edilib ki, bu da 2021-ci illə müqayisədə təxminən iki dəfə (210 ton) azdır.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu barədə RF Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.

Əsas idxalçılar Birləşmiş Ərəb Əmirlikləri (63%) və Səudiyyə Ərəbistanı (18%) olub.

Diri qoyun və keçi ixracı 55 min baş (2021-ci ildə 58,5 min baş) təşkil edib. Əsas alıcılar Azərbaycan (68%), İordaniya (21%), Livan (4%) və Gürcüstan (4%) olub.

Bütün xəbərlər