Bu Dövlət Qoruğuna icraçı direktor təyin olundu

11:36 - 17.05.2023


17 may, Fineko/abc.az. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə (ŞŞDQİ) icraçı direktor təyin olunub.

ABC.AZ xəbər verir ki, bu barədə idarədən məlumat verilib.

Bildirilib ki, İdarənin Müşahidə Şurasının növbəti rüblük iclası keçirilib.

Müşahidə Şurasının yekdil qərarına əsasən ŞŞDQİ-nin icraçı direktor səlahiyyətlərini icra edən, icraçı direktorun müavini Tural Novruzov İcraçı direktor vəzifəsinə təyin edilib.

Bütün xəbərlər