İyulun 1-dən siqaretə tətbiq edilən aksiz vergisi 3 dəfə artırılır

14:44 - 27.06.2018


27 iyun, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə qanun imzalayıb.

Dəyişiklik tütün məhsullarına tətbiq olunan vergi dərəcəsinin artması ilə əlaqədardır.

Vergi Məcəlləsinin 190-3.7-ci maddəsinə edilən dəyişikliklərə əsasən, istehsal edilən hər 1000 siqar üçün aksiz vergi dərəcəsi 20 manat təşkil edəcək, indiyə qədər isə bu dərəcə 10 manata bərabər idi.

Vergi Məcəlləsinin 190-3.8-ci maddəsinə edilən dəyişikliklərə əsasən, tütündən və onların əvəzedicilərindən istehsal edilən hər 1000 siqaret üçün aksiz dərəcəsi 12 manat olacaq, bu günədək isə aksiz dərəcəsi 4 manat təşkil etmişdir.

Dəyişikliklər  1 iyul 2018-ci il tarixindən qüvvəyə minir.

 

Bütün xəbərlər