Neftçala rayonunda əmək yarmarkası keçirilib

27.06.2018,14:49


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən növbəti əmək yarmarkası Neftçala rayonunda keçirilib. Yarmarkada işsiz və işaxtaran vətəndaşlara qeyri-dövlət sektoruna aid 29 müəssisə üzrə 284 vakant iş yeri təqdim olunub. Həmin müəssisələrin nümayəndələri də yarmarkada iştirak edib.

Tədbirdə vətəndaşların peşə-ixtisas bacarıqlarına və əmək vərdişlərinə uyğun iş yerlərinə göndərişlər verilib. Peşə və ixtisasının olmaması səbəbindən özünə münasib iş yeri tapa bilməyən və ya peşə bacarığına uyğun gələn iş olmadığı üçün peşəsini dəyişmək istəyənlər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata alınıblar.

İşsiz və işsiz vətəndaşlardan bir qismi haqqı ödənilən ictimai işlərə cəlb olunublar.

 

Açar sözlər: əmək yarmarkası