Dörd ayda 48 milyon 850 min dollar dəyərində fındıq ixrac etmişik

10:18 - 18.05.2023


18 may, Fineko/abc.az. 2023-cü ilin yanvar-aprel ayında Azərbaycandan 48 milyon 850 min dollar dəyərində 9 946 ton fındıq ixrac edilib.

ABC.AZ xəbər verir ki,  Dövlət Gömrük Komitəsinin məlumatına görə,  fındıq ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 0.7% azalıb, miqdar ifadəsilə 15% artıb.

2022-ci ilin yanvar-aprel ayında Azərbaycandan 49 milyon 219 min dollar dəyərində 8 665 ton fındıq ixrac edilmişdi.

Bir ton fındığın orta ixrac qiyməti 2022-ci ildəki 5 min 680 dollardan 4 min 912 dollara düşüb (768 dollar azalıb).

Bütün xəbərlər