Azərbaycan alma ixracını artırıb

10:40 - 18.05.2023


18 may, Fineko/abc.az. 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 17 milyon 779 min dollar dəyərində 27 min 521 ton alma ixrac olunub.

ABC.AZ xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında öz əksini tapıb.

Qeyd edək ki, 2022-ci ilin eyni dövründə Azərbaycandan 11 milyon 443 min dollar dəyərində 17 min 224 ton alma ixrac olunmuşdu. Beləliklə, alma  ixracı dəyər ifadəsilə 1,5 dəfə (55,4%), miqdar ifadəsilə 1,6 dəfə (59,8) artıb.

Bir ton almanın orta ixrac qiyməti 2022-ci ilin 4 ayında 664 dollar ikən, 2023-cü ilin 4 ayında 646 dollar olub.

 

Bütün xəbərlər