Bu halda müəllimlərin əmək müqaviləsinə xitam veriləcək

12:27 - 18.05.2023


18 may, Fineko/abc.az. İlk sertifikasiyada uğursuz nəticə göstərənlər növbəti imtahanda iştirak etməsə, onlar təkrar olaraq imtahandan kəsilmiş sayılacaqlar və onların əmək müqaviləsinə xitam veriləcək.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin şöbə müdiri Eşqi Bağırov bildirib. Onun sözlərinə görə, təkrar imtahanda iştirak edə bilməyən namizədlər üçün hər hanısa bir güzəşt tətbiq olunmur:

“Birinci imtahanda müəllim, tutaq ki, hansısa səbəbdən iştirak etməyib. Bunun üçün təkrar imtahan var. Amma təkrar imtahanda da iştirak etmirsə, artıq buna güzəşt olmur”.

Bütün xəbərlər