60 yaşdan yuxarı müəllimlər sertifikasiya imtahanında iştirak edə biləcəkmi?

12:32 - 18.05.2023


18 may, Fineko/abc.az. Müəllimlərin sertifikasiyasının dərs bölgüsünə hər hansısa bir təsiri gözlənilmir.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin şöbə müdiri Eşqi Bağırov bildirib.

O qeyd edib ki, əvvəlki qiymətləndirmə nəticələri onsuz da var, dərs bölgüsü ona uyğun aparılır.

Eşqi Bağırov həmçinin 60 yaşdan yuxarı müəllimlərin budəfəki sertifikasiya imtahanında iştirak etməli olduğuna, yoxsa məsələnin könüllü olacağına aydınlıq gətirib.

O qeyd edib ki, imtahanlar bu gün qüvvədə olan qayda və qanuna uyğun olaraq keçirilir:

“Əgər növbəti sertifikasiya imtahanlarına qədər qanuna dəyişiklik qəbul edilərsə, prosedurlara da dəyişiklik ediləcək”.

Bütün xəbərlər