ABŞ-ın bu ştatında "TikTok" qadağan edildi

14:37 - 18.05.2023


18 may, Fineko/abc.az. ABŞ-ın Montana ştatında "TikTok" qadağan edilib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, "TikTok"la yanaşı  "ByteDance" şirkətinin bütün xidmətləri də sakinlərə qadağan edilib.

Məlumata görə, qərara əməl etməyənlərə qarşı ciddi cərimələr tətbiq olunacaq.

Qanun 1 yanvar 2024-cü ildən qüvvəyə minəcək.

Qeyd edək ki, "TikTok" uzun müddətdir ki, dünyanın bir çox yerində, xüsusən də ABŞ-da və Avropa Birliyi ölkələrində mübahisəli məqamdadır.

Bütün xəbərlər