Bu ilin birinci rübündə Azərbaycanda 17,9 min yeni iş yerləri açılıb

14:52 - 18.05.2023


18 may, Fineko/abc.az. 2023-cü ilin birinci rübü ərzində Azərbaycanda 17,9 min yeni iş yerləri açılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Komitə bildirir ki, yeni iş yerlərinin 90,2 faizi qeyri-dövlət sektorunda yaradılıb.

Yeni iş yerlərinin 81,9 faizi Bakı şəhərinin, 0,8 faizi Naxçıvan Muxtar Respublikasının, 17,3 faizi digər regionların payına düşüb.

Bütün xəbərlər