Azərbaycanda yeni iş yerləri ən çox bu şəhərlərdə açılıb

15:06 - 18.05.2023


18 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi,  Dövlət Statistika Komitəsi bu ilin birinci rübündə Azərbaycanda 17,9 min yeni iş yerlərinin açılması barədə məlumat yayıb.

ABC.AZ xəbər verir ki, iş yerlərinin 4,5 faizi Abşeron-Xızı, 2,5 faizi Quba-Xaçmaz, 2,0 faizi Mərkəzi Aran, 1,7 faizi GəncəDaşkəsən, 1,5 faizi Şəki-Zaqatala, 1,1 faizi Şirvan-Salyan, 1,0 faizi Qazax-Tovuz, 0,8 faizi Qarabağ, 0,8 faizi Lənkəran-Astara, 0,7 faizi Mil-Muğan, 0,4 faizi Dağlıq Şirvan, 0,3 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.

Yeni açılmış iş yerlərinin 9,2 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 90,0 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,4 faizi isə digər tədbirlər üzrə yaradılıb.

Bütün xəbərlər