Azərbaycanda torpaq ucuzlaşacaq?

16:55 - 18.05.2023


18 may, Fineko/abc.az. Torpaq Məcəlləsinə edilən dəyişkliyin torpaq sahələrinin qiymətlərinə necə təsir edəcəyi bəlli deyil, lakin qiymətin ucuzlaşacağını gözləmək doğru deyil.

ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bunu əmlak məsələləri üzrə ekspert Ramil Osmanov deyib.

O qeyd edib ki, hələ ki, bu qərarın icrası ilə bağlı proses tam aydın deyil. “Çünki qərarın icrası zaman müəyyən olunmuş dəyişikliklərin necə həyata keçiriləcəyi, yerli icra orqanlarının, bələdiyyətlərin bu məsələyə yanaşmasının necə olacacağını bilmirik. Qəbul olunan qərar tədqirəlayiqdir, amma yerli icra orqanlarının prosesə nə dərəcədə əməl edəcəkləri, yeni mexanizmin necə olacağı önəmlidir. Bunları hələ bilmədiyimiz üçün torpaq qiymətlərinə hansı təsir göstərəcəyini demək çətindir.

Ancaq qiymətlərini azalmasını gözləmək yalnışlıq olar. Çünki ölkədə müxtəlif istiqamətlərdə inkişaf getdikcə qiymət artımı müşahidə olunur, o cümlədən torpaq sahələrinin qiymətində. Bu mənada bundan bundan sonra qəbul edilən qərarların torpaq sahələrinin qiymətinə müsbət təsir edəcəyini düşünmək doğru yanaşma olmaz”, - deyə ekspert əlavə edib.

Bütün xəbərlər