Mərkəzi Bank qısamüddətli notları tam həcmdə yerləşdirdi

27.06.2018,16:23


27 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

Bakı Fond Birjası xəbər verir ki, iyunun 27-də AMB hərracda 50100370S nömrəli, 250 milyon manat həcmində, 28 gün müddətinə notlar təklif edib.

15 investordan cəmi  603 527,5 min manat məbləğində  24 sifariş daxil olmuşdur. İnvestorlar notlar üçün 99,3812 manat (gəlirlik 8,01%) təklif etmişlər.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti  99,3812 manat (gəlirlik 8,01%), orta ölçülmüş qiyməti də eyni səviyyədə müəyyən edilmişdir. Nəticədə 250 milyon manat həcmində qısamüddətli notlar yerləşdirilmişdir.

Notların ödəmə tarixi: 25 iyul 2018-ci il.

 

Açar sözlər: qısamüddətli notları