Gəncədə sənayedə muzdla çalışanlar 684,1 manat maaş alır

13:20 - 19.05.2023


19 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, 2023-cü ilin yanvar-mart aylarında Gəncə şəhərində fəaliyyət göstərən sənaye müəssisələri və fiziki şəxslər tərəfidən istehsal edilən sənaye məhsulları barədə hesabat açıqlanıb.

ABC.AZ xəbər verir ki, sözügedən dövrdə  Gəncədə sənayedə muzdla çalışan 6694 nəfər işçinin (dövlət sektorunda 4008 nəfər,  qeyri-dövlət sektorunda 2686 nəfər) hər birinə verilən orta aylıq əməkhaqqı 684,1 manat təşkil edib.

Dövlət sektorunda işçilərin orta aylıq əməkhaqqı 647,2 manat, qeyri-dövlət sektorunda 739,1 manat təşkil edib.

Emal sektorunun müəssisələri tərəfindən 116,1 milyon manatı, yaxud  77,5 faizi qeyri-dövlət sektoruna aid olmaqla 149,7 milyon manatlıq məhsul istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər