Nizamnamə kapitalı 15 mln. manatı ötən sığorta şirkətləri

15:20 - 19.05.2023


19 may, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətindən 5-nin bu il yanvarın 1-nə nizamnamə kapitalı 15 milyon manatdan az olmayıb.

“Renkinq” xəbər verir ki, bunlar “Xalq Sığorta” (58,751 milyon manat), “PAŞA Sığorta” (50 milyon manat), “PAŞA Həyat Sığorta” (40,25 milyon manat), “Meqa Sığorta” (23 milyon manat) və “Xalq Həyat Sığorta” (15 milyon manat) ASC-lərdir.

Qalan 15 sığorta şirkətindən 8-də nizamnamə kapitalı 10-15 milyon manat arasında, 7 şirkətdə isə 10 milyon manatdan azdır.

Bütün xəbərlər