Azərbaycanın siğorta şirkətləri 414 milyon 353 min manat sığorta haqqı toplayıblar, 188 milyon 580 min manat isə ödəyiblər

17:35 - 26.10.2017


Azərbaycanda hər 100 manat sığorta haqqına 45,5 manat ödəniş düşür.

Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən 22 sığorta şirkəti 414, 353 milyon manat həcmində sığorta haqqı toplayıblar, ödənişlərin həcmi isə 188,580 milyon manat təşkil edib.

“Bu ilin yanvar-sentyabr ayları ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45.5 manatı sığorta hadisələrinın ödənişinə yönəldilib. Qeyd edək ki, 2016-cı ilin analoji dövründə bu göstərici 42.7 manat təşkil edib”, - məlumatda belə deyilmişdir.

 

Bütün xəbərlər