Cari ildə kənd təsərrüfatı məhsullarının istehsalı artıb

16:47 - 19.05.2023


19 may, Fineko/abc.az. Kənd təsərrüfatında cari ilin yanvar-aprel aylarında diri çəkidə 187,3 min ton ət, 697,6 min ton süd, 726,5 milyon ədəd yumurta, 2,1 min ton yun, 128,3 min ton tərəvəz və 50,3 min ton kartof istehsal olunub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ötən ilin eyni dövrü üzrə müqayisədə ət istehsalı 3,1 faiz, süd istehsalı 1,8 faiz, yumurta istehsalı 13 faiz, tərəvəz istehsalı 0,6 faiz, kartof istehsalı 9,5 faiz artıb, yun istehsalı isə 4,3 faiz azalıb.

Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,5 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 3,5 faiz, bitkiçilik məhsulları istehsalı 3,2 faiz artıb.

Bütün xəbərlər