Bu şirkətin səhmdarları toplaşır - Səhmlər satılacaq

10:21 - 22.05.2023


22 may, Fineko/abc.az. “Beyləqan Su-Tikinti” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı 9 iyul 2023-cü il tarixdə, saat 12:00-da Beyləqan şəhəri, Heydər Əliyev küçəsi 12 ünvanında keçiriləcək.

ABC.AZ xəbər verir ki, ümumi yığıncağın gündəliyinə bir sıra məsələlər daxildir.

Belə ki, yığıncaqda “Beyləqan Su-Tikinti” Açıq Səhmdar Cəmiyyətinin Sarıyev Telman Bəylər oğluna  məxsus səhminin (ümumi miqdarı 98.672%-i) satılması məsələsinə baxılması haqqında məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, “Beyləqan Su-Tikinti” ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 30 722 manatdır və qanuni təmsilçisi Elçin Kərimlidir.

Bütün xəbərlər