Naxçıvanda dövlət qeydiyyatına alınan daşınmaz əmlak obyektlərinin sayı 29,5% artıb

11:13 - 22.05.2023


22 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Naxçıvanda 2023-cü ilin ötən 4 ayı ərzində ümumilikdə 3106 daşınmaz əmlak obyekti qeydiyyata alınıb.

ABC.AZ-ın məlumatına görə, daşınmaz əmlakla bağlı əməliyyatların aparılması üçün 7062 ərizə qəbul olunub.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dövlət qeydiyyatına alınan daşınmaz əmlak obyektlərinin sayı 29,5% artıb.

Muxtar respublikanın rayonlarında da yüksək aktivlik müşahidə olunur. Ötən 4 ay ərzində xidmətin yerli qurumları tərəfindən ümumilikdə 887 əmlaka dair texniki pasport, 1157 torpaq sahəsinə dair plan-ölçü hazırlanıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xidmətin yerli qurumları tərəfindən hazırlanmış texniki pasportların sayı 74%, plan-ölçülərin sayı 48% artıb.

 

Bütün xəbərlər