Azərbaycana səfər edənlərin sayı artıb - Ölkəmizə gələnlərin 75.8 faizi kişilərdir

12:31 - 22.05.2023


22 may, Fineko/abc.az. 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 168 ölkəsindən 522.9 min əcnəbi gəlib.

Dövlət Sərhəd Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.6 dəfə çox əcnəbinin gəlişi deməkdir.

Gələnlərin 31.7 faizi Rusiya Federasiyası, 20.9 faizi Türkiyə, 8.4 faizi İran, 5.5 faizi Gürcüstan, 5.0 faizi Hindistan, 2.3 faizi Pakistan, 2.2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2.0 faizi Qazaxıstan, 1.8 faizi Özbəkistan, 1.7 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1.6 faiz olmaqla Ukrayna və Belarus, 1.3 faizi Türkmənistan, 1.2 faizi Küveyt, 12.8 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 75.8 faizini kişilər, 24.2 faizini qadınlar təşkil edib.

Bütün xəbərlər