Azərbaycana ən çox bu ölkələrdən gəlirlər - Siyahı

14:08 - 22.05.2023


22 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 168 ölkəsindən 522.9 min əcnəbi gəlib.

ABC.AZ-ın məlumatına görə, Dövlət Statistika Komitəsindən ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 4.3 dəfə, Hindistandan – 4.2 dəfə, Türkmənistandan – 3.8 dəfə, Özbəkistandan – 3.3 dəfə, Belarusdan – 3.3 dəfə, Qazaxıstandan – 2.1 dəfə, Pakistandan – 1.9 dəfə, Rusiya Federasiyasından – 1.9 dəfə, Böyük Britaniyadan – 1.9 dəfə, Niderlanddan – 1.9 dəfə, İsraildən – 1.8 dəfə, ABŞ-dan – 1.7 dəfə, Omandan – 1.6 dəfə, Küveytdən – 48.9 faiz, Birləşmiş Ərəb Əmirliklərindən – 44.5 faiz, Gürcüstandan – 43.8 faiz, Türkiyədən – 31.0 faiz artdığı qeyd edilib.

Bütün xəbərlər