Ermənistan iki Azərbaycan hərbçisini dəyişmək istəyir

15:36 - 22.05.2023


22 may, Fineko/abc.az. Ermənistan iki Azərbaycan hərbçisinin ekstradisiyasını müzakirə etməyə hazır olduğunu açıqlayıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

“Ermənistan iki Azərbaycan əsgərinin ekstradisiyasını müzakirə etməyə hazırdır, lakin bu proses birtərəfli ola bilməz”, - deyə Paşinyan bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Bütün xəbərlər