Litva Rusiyanın enerji asılılığından qurtuldu

16:11 - 22.05.2023


22 may, Fineko/abc.az. Litva Avropa dövlətləri arasında Rusiyanın enerji asılılığından tamamilə qurtulan ilk ölkələrdən oldu.

ABC.AZ xəbər verir ki, bunu Litva-Azərbaycan Biznes Forumunun açılışında Litva Prezidenti Gitanas Nauseda deyib.

Prezident Nauseda bildirib ki, bu gün ölkənin enerji ilə bağlı əsas strategiyası bərpaolunan enerji mənbələrindən enerjinin əldə olunmasına yönəlib.

O əlavə edib ki, Litva Azərbaycan iş adamlarının bu ölkəyə sərmayəsinə açıqdır.

"Mən inanıram ki, bizim əməkdaşlığımız və xalqlarımız arasında təmaslar yalnız iqtisadi sahədə deyil, həmçinin elm, təhsil və mədəniyyət sahələrində də olmalıdır. Bu biznes forum əməkdaşlığımızda doğru istiqamətdə bir addım olsun", - Litva Prezidenti əlavə edib.

Bütün xəbərlər