Sənədsiz evlər də sığortalana bilər

10:39 - 23.05.2023


23 may, Fineko/abc.az. Yaxın vaxtlarda qanunsuz tikililərin, yəni çıxarışı, sənədi olmayan yaşayış evlərinin də sığortalanacağı bildirilir. Bunun üçün Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən birgə ideya layihəsinin hazırlandığı vurğulanır. Layihədə qanunsuz tikililərin bir portaldan qeydiyyatdan keçməsi və qanuna uyğunlaşdırılması ilə bağlı proses nəzərdə tutulur. 

Məlumatda, həmçinin layihənin real­laşdırılmasından sonra 500 mindən çox müxtəlif təyinatlı yaşayış obyekti və fərdi evin sığortaya cəlb olunacağı qeyd edilir.

ABC.AZ xəbər verir ki, ekspertlər hesab edir ki, belə bir hal isə qanunsuz tikililərin sənədləşdiriləcə­yini və onların sığortaya cəlb ediləcəyini şərtləndirir.

Birgə layihənin hazırlanması yekun­laşdırıldıqdan sonra vahid portal yaradı­lacaq və onun vasitəsilə bütün əmlakları qeydiyyatdan keçirmək mümkün olacaq. Bu da sığorta sektorunun inkişafına çox ciddi təkan verəcək. Prosesin bu ilin so­nuna qədər yekunlaşdırılacağı gözlənilir.

Bütün xəbərlər