Rusiyanın daha 23 müəssisəsinə Azərbaycana ixrac hüququ verildi

11:14 - 23.05.2023


23 may, Fineko/abc.az. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyanın heyvandarlıq məhsullarının, yem və yem əlavələrinin istehsalı və saxlanılması üzrə ixtisaslaşmış 23 müəssisəsinə ölkəyə ixrac hüququ verib.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb.

Məlumata görə, hazırda Rusiyanın 1 100 müəssisəsinin Azərbaycan bazarına çıxış hüququ var.

Bütün xəbərlər