İpoteka və Kredit Zəmanət Fondu hesabat açıqladı - Mənfəəti artıb

11:27 - 23.05.2023


23 may, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2022-ci ili 20 milyon 481 min manat xalis mənfəət ilə başa vurub.

Fonddan ABC.AZ-a daxil olan məlumata görə, 2021-ci ili 14 milyon 46 min manat xalis mənfəət ilə bağlamışdı.

Beləliklə, İpoteka və Kredit Zəmanət Fondunun xalis mənfəəti 2022-ci ildə 2021-ci illə müqayisədə 6 milyon 435 min manat və ya 45,8% artıb. 

2021-ci ildə  İpoteka və Kredit Zəmanət Fondunun 56 milyon 252 min manat ikən, 2022-ci ildə 65 milyon 992 min manata yüksəlib. Haqq və komissiya gəlirləri isə 1 milyon 450 min manatdan 1 milyon 483 min manata qalxıb.

İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləri portfeli 2022-ci ildə 2021-ci illə müqayisədə 298 milyon 269 min manat və ya 21,1% artaraq artaraq 1 milyard 708 milyon 115 min manata çatıb. 2021-ci ildə Fondun ipoteka portfeli 1 milyard 409 milyon 846 min manat təşkil etmişdi. 

 

Bütün xəbərlər