Mənfəəti azalan sığorta şirkətləri

15:15 - 23.05.2023


23 may, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətindən 4-nin ötənilki maliyyə mənfəəti əvvəlki illə müqayisədə az olub. 

ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bunlar, “Meqa Sığorta”, “İpək Yolu Sığorta”, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti və “A-Qrup Sığorta” ASC-lərdir.

Ən çox azalma “A-Qrup Sığorta”da (94,4%), ən az azalma isə “Meqa Sığorta”da (3,8%) qeydə alınıb.

8 sığorta şirkətinin – “Meqa Həyat Sığorta”, “PAŞA Həyat Sığorta”, “Qala Həyat Sığorta”, “Xalq Həyat Sığorta”, “Atəşgah Həyat Sığorta”, “PAŞA Sığorta”, “Qala Sığorta” və “Naxçıvan Sığorta” ASC-lərin isə maliyyə mənfəəti artıb. Ən yüksək dinamika “Meqa Həyat Sığorta”da (3,2 dəfə), ən aşağı dinamika isə “Naxçıvan Sığorta”da (11,7%) qeydə alınıb.

1 sığorta şirkətinin – “Günay Sığorta” ASC-nin maliyyə zərəri 9,1% artıb, 2 sığorta şirkətinin – “Azərsığorta” və “Atasığorta” ASC-lərin isə maliyyə zərəri azalıb. Müvafiq olaraq 26,9% və 74,6%.

4 sığorta şirkəti – “Atəşgah Sığorta” “Azərbaycan Sənaye Sığorta”, “Azsığort” və “Xalq Sığorta” ASC-lər ötən il maliyyə zərərinə uğrasa da, əvvəlki il maliyyə mənfəəti əldə edib, 1 sığorta şirkəti – “Bakı Sığorta” ASC isə ötən il maliyyə mənfəəti əldə etsə də, əvvəlki il maliyyə zərərinə uğrayıb. Odur ki, bu şirkətlərin maliyyə mənfəətinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Bütün xəbərlər