Ötən il maliyyə mənfəəti əldə etməyən sığorta şirkətləri

16:22 - 23.05.2023


23 may, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətindən 7-si ötən il maliyyə mənfəəti əldə etməyib.

ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bunlar, “Atəşgah Sığorta”, “Atasığorta”, “Günay Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Azsığorta”, “Azərsığorta” və “Xalq Sığorta” ASC-lərdir.

Qalan 13 sığortaçı müxtəlif məbləğlərdə maliyyə mənfəəti əldə edib. Onlardan 5-də sözügedən göstərici 5 milyon manatdan çoxdur. Həmin sığorta şirkətləri “PAŞA Həyat Sığorta” (51,552 milyon manat), “PAŞA Sığorta” (38,332 milyon manat), “Qala Sığorta” (13,364 milyon manat), “Atəşgah Həyat Sığorta” (10,593 milyon manat) və “Qala Həyat Sığorta” (9,848 milyon manat) ASC-lərdir.

Qalan 8 sığorta şirkətindən 3-nün maliyyə mənfəəti 1-5 milyon manat arasında, 5 şirkətin maliyyə mənfəəti isə 1 milyon manatdan azdır.

Bütün xəbərlər