Azərbaycan Türkmənistana pambıq lifinin ixracına başlayıb

16:25 - 23.05.2023


23 may, Fineko/abc.az. Azərbaycanın rəqabətqabiliyyətli qeyri-neft məhsullarının ənənəvi və yeni bazarlara çıxışı artır. Ölkəmiz Türkmənistana pambıq lifinin ixracına başlayıb.

ABC.AZ İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadla xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən pambıq istehsalçıları - “MKT İK”, “Azərpambıq” və “P-Agro” şirkətləri Türkmənistana pambıq lifinin ixracına başlayıb.

 İlkin mərhələdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanından gəmilər vasitəsilə Türkmənistana 30 min ton həcmdə pambıq lifi göndəriləcək. Gələcəkdə Türkmənistana pambıq lifi ilə yanaşı, pambıq emalından alınan digər məhsulların da ixracı nəzərdə tutulur ki, bu da Azərbaycan və Türkmənistan arasında iqtisadi əməkdaşlığın, o cümlədən logistika və ticarət əlaqələrinin inkişafına töhfə verəcək.

İndiyədək Türkiyə, Rusiya, İran, Belarus, Banqladeş, İsveçrə və digər ölkələrə pambıq lifi ixrac edilib.

Bütün xəbərlər