“Qazprom”un xalis mənfəəti 41 faiz azalıb

11:17 - 24.05.2023


24 may, Fineko/abc.az. Rusiyanın enerji şirkəti “Qazprom”un xalis mənfəəti illik müqayisədə 41 faiz azalaraq 2022-ci ildə 1,2 trilyon rubla (təxminən 15,3 milyard dollar) düşüb.

ABC.AZ xəbər verir ki, “Qazprom”un verdiyi açıqlamada şirkətin gəlirlərinin əvvəlki ilə nisbətən keçən il 10,2 trilyon rubldan 11,6 trilyon rubla yüksəldiyi bildirilib.

2022-ci ildə şirkətin xalis mənfəətinin 2021-ci illə müqayisədə 41% azalaraq 1,2 trilyon rubla düşdüyü və bu azalmaya baxmayaraq şirkətin yüksək səviyyədə mənfəət əldə etdiyi bildirilib.

Açıqlamada şirkətlərin mənfəətinin azalmasının əsas səbəbi kimi ötən ilin ikinci yarısında vergi ödənişlərinin artması göstərilib.

Bütün xəbərlər