Son 5 ildə dövlət büdcəsinin sosialyönümlü xərcləri 4,4 milyard manat artıb - Deputat

12:04 - 24.05.2023


24 may, Fineko/abc.az. Son 5 ildə Azərbaycanın dövlət büdcəsinin sosialyönümlü xərcləri 4,4 milyard manat artıb.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qurumun bugünkü iclasında müzakirə edilən “2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini təqdim edərkən bildirib.

Onun sözlərinə görə, təkcə ötən il büdcə xərclərinin 36,1 %-ni və yaxud 11 576,9 milyon manatını sosialyönümlü xərclər təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 1 280,3 milyon manat və yaxud 12,4 % çoxdur.

“2018-ci ilə nisbətən isə sosialyönümlü xərclərin büdcə xərclərində xüsusi çəkisi 4,4 faiz bəndi artıb, məbləğ olaraq isə 4 380,4 milyon manat və yaxud 1,6 dəfə artım olub”, – deyə deputat qeyd edib.

 

Bütün xəbərlər