“Xalq Sığorta” ASC 4 ayda 3 milyon manat zərər edib

15:32 - 24.05.2023


24 may, Fineko/abc.az. “Xalq Sığorta” ASC-nin 2023-cü ilin yanvar-aprel ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

ABC.AZ xəbər verir ki, hesabatdan bu il şirkət üçün heç də vəziyyətin ürəkaçan olmadığı görsənir. Belə ki, sözügedən dövrdə şirkətin yığımlarında azalma tendensiyası davam edib.

Şirkət yanvar-aprel ayında 8.865 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 3.263 mln. manat və ya 27% azalma deməkdir.

Yanvar-apreldə şirkət tərəfindən ümumilikdə 8.278 mln. manatlıq sığorta ödənişi edilib. İllik müqayisədə ödənişlər 4% çox olub.

Xatırladaq ki, “Xalq Sığorta” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58 750 500 manatdır.

Bütün xəbərlər