“Mastercard” istirahət üçün ən populyar şəhərlərin adlarını açıqlayıb

11:52 - 28.06.2018


Beynəlxalq turizm sürətlə inkişaf edir, o, iqtisadi artımı stimullaşdırır və insanlara ezamiyyət və ya istirahət zamanı üfüqlərini genişləndirməyə kömək edir. Beynəlxalq turizm tendensiyalarının araşdırmaları sahəsində təqribən onillik təcrübəsinə əsaslanaraq “Mastercard” şirkəti istirahət və əyləncə kateqoriyalarında populyar şəhərləri əks etdirən “Global Destination Cities Index“ illik reytinqinin nəticələrini açıqlayıb. Bu istiqamətlər biznes deyil, turizm məqsədilə səyahət edənlərin ən yüksək faizini göstərir.

Punta-Kana ən populyar şəhərlər siyahısında birinci yerdə qərarlaşıb ki, 2017-ci ildə bu şəhərə turistlərin 90%-dən çoxu ezamiyyət məqsədilə deyil, məzuniyyət keçirmək və ya ailələrinə baş çəkmək üçün səyahət ediblər. Siyahıya eko-turistləri, diqqətə layiq tarixi yerlər və çimərlik istirahət həvəskarlarını və macəralar axtaranları cəlb edən daha az tanınmış istiqamətlər daxildir.

Siyahıda nadir mədəniyyətə malik olan şəhərlər yer alıb. Sözügedən şəhərləri ümumi cəhət birləşdirir – onlar əyləncə və şənlik şəhərləridir:

  • Punta-Kana, Dominikan Respublikası (99,9%)
  • Kusko, Peru (98%)
  • Cerba, Tunis (97,7%)
  • Riviera-Maya, Meksika (97,5%)
  • Palma-de-Mayorka, İspaniya (97,2%)
  • Kankun, Meksika (96,8%)
  • Bali, İndoneziya (96,7%)
  • Panama, Panama (96,3%)
  • Orlando, ABŞ (94,1%)
  • Phuket, Tailand (93%)

“Mastercard” səfərlərin təşkilini sadələşdirərək, pul vasitələrinin yolda rahatlıq və asanlığını, həmçinin, kartın dünya üzrə milyonlarla yerdə qəbul olunmasında əminliyi təklif edərək, kart sahiblərinə səyahət zamanı əmin-amanlıq hissi bəxş edir. Sərfəli təkliflər və üstünlüklər turistlərə səyahətin hər mərhələsində kömək edir. Daha ətraflı məlumatı mastercard.com saytında əldə etmək olar.

“Mastercard Global Destination Cities Index” araşdırmasının əlavə nəticələri cari il ərzində dərc olunacaq.

 

 


Bütün xəbərlər