Ötən il istiqrazlar vasitəsilə dövlət büdcəsinə 2406 milyon manat daxil olub

16:03 - 24.05.2023


24 may, Fineko/abc.az. 2022-ci il ərzində nominal üzrə yerləşdirilmiş istiqrazların məbləği 2507,2 mln. manat təşkil edib. Yerləşdirilmiş istiqrazlar üzrə dövlət büdcəsinə 2406,7 mln. manat daxil olub ki, bundan da əvvəlki illərdə buraxılmış istiqrazlar üzrə 838,4 mln. manat (əsas borc) geri ödənilib.

ABC.AZ  xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi"ndə əksini tapıb.

Qeyd edək ki, yerdə qalan 1568,3 mln. manatın 976,3 mln. manatı büdcə kəsirinin maliyyələşdirilməsinə, 592 mln. manatı isə konvertasiya edilərək xarici dövlət borcunun əsas məbləğinin ödənilməsinə yönəldilib.

Bütün xəbərlər