Cari ildə əməliyyat mənfəəti artan banklar

16:15 - 24.05.2023


24 may, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 25 bankdan 17-nin bu ilin I rübündəki əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.

ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bunlar “Unibank”, “Günay Bank”, “Bank Respublika”, “Xalq Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Turan Bank”, “PAŞA Bank”, “Premium Bank”, “Zıraat Bank Azərbaycan”, “Naxçıvan Bank”, “Express Bank”, “Bank Avrasiya”, “Kapital Bank” və “Bank of Baku” ASC-lər, “Access Bank” və “Yapı Kredi Bank Azərbaycan” QSC-lər, İran Milli Bankının Bakı filialıdır. Ən yüksək dinamika “Access Bank”da (4,5 dəfə), ən aşağı dinamika isə “Bank of Baku”da (6%) qeydə alınıb.

5 bankın – “Rabitəbank”, “Azərbaycan Sənaye Bankı”, “AFB Bank”, “Bank VTB Azərbaycan” və Muğan Bank” ASC-lərin isə əməliyyat mənfəəti azalıb. Ən çox azalma “Muğan Bank”da (96,9%), ən az azalma isə “Rabitəbank”da (12,8%) qeydə alınıb.

3 bank – “Azər-Türk Bank”, “Yelo Bank” və “Bank BTB” ASC-lər “Bank VTB Azərbaycan”, “Premium Bank və “Yelo Bank” ASC-lər ötən ilin yanvar-mart aylarını əməliyyat zərəri, bu ilin I rübünü isə əməliyyat mənfəəti ilə başa vurub. Odur ki, bu bankların əməliyyat mənfəətinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Bütün xəbərlər