"Radisson" hotelini alan şirkət indi də başqa mehmanxana almaq istəyir

16:29 - 24.05.2023


24 may, Fineko/abc.az. "Choice Hotels" rəhbərliyi daha bir məşhur hoteli alacaqlarını açıqlayıblar.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkət rəhbərliyi bu dəfə "Wyndham Hotels & Resorts"u almağı planlaşdırır.

Məlumata görə, "Quality Inn", "Econo Lodge", "Clarion", "Ascend" və "Comfort" markalarının yer aldığı "Choice Hotels", "Wyndham"ın alınması ilə orta-yuxarı və lüks seqmentlərdəki böyümək hədəfini sürətləndirmək istəyir. 

Qeyd edək ki, "Choice Hotels" 2022-ci ilin iyun ayında "Radisson Hotel Group Americas" şirkətinin françayzinq biznesini, əməliyyatlarını və əqli mülkiyyətini təxminən 675 milyon dollara almaq üçün müqavilə imzalayıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər