Füzulidə PUA-ların təmiri üzrə texnik hazırlamaq fikrindəyik - Agentlik direktoru

17:30 - 24.05.2023


24 may, Fineko/abc.az. Növbəti illərdə ən vacib istiqamətlərdən biri işğaldan azad olunmuş ərazilərdə peşə təhsilinin təşkil edilməsidir. Yəqin ki, məlumatlısınız. Keçən il ölkə rəhbərliyinin iştirakı ilə Füzulidə müasir peşə təhsil liseyinin bünövrəsi qoyuldu.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Peşə təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən, direktor müavini Ceyhun Kərəmov bildirib.

Onun sözlərinə görə, bu müəssisədə yenə də iqtisadiyyatın inkişaf prioritetlərinə uyğun olaraq ixtisaslara üstünlük verilib:

“Həm sənaye, həm kənd təsərrüfatına aid ixtisaslar, eyni zamanda, yeni ixtisaslar tədris olunacaq. Məsələn, biz Füzulidə PUA-ların təmiri üzrə texnik hazırlamaq fikrindəyik. Dron təmiri üzrə emalatxanalar və tədris proqramını hazırlayırıq. Həmçinin aviasiya istiqamətində bir sıra ixtisaslar təklif etməyi düşünürük”.

Bütün xəbərlər