Neft ucuzlaşır, Brent bir barel üçün $78,22 təşkil edir

09:27 - 25.05.2023


25 may, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri əvvəlki gün yüksəldikdən sonra cümə axşamı ticarətdə azalır.

Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti saat 09:25–də $0,14 (0,18%) azalaraq bir barel üçün $78,22-a düşüb. Mayın 24-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin iyul ayı üçün fyuçersləri bir barelə $1,52 (1,98%) artaraq $78,36-a çatıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyul ayı üçün fyuçersi saat 09:25–də $0,25 (0,34%) - bir barelə $74,09-a düşdü. Mayın 24-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyul fyuçerslərinin qiyməti $1,43 (1,96%) artaraq bir barel üçün $74,34-a çatıb.

Bütün xəbərlər