Azərbaycanda 5 bankın xüsusi ehtiyatlara ayırmaları artıb

11:33 - 25.05.2023


25 may, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 25 bankdan 5-nin bu ilin I rübündəki xüsusi ehtiyatlara ayırmaları ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.

ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bunlar “Turan Bank”, “Xalq Bank”, “Unibank” və “Zıraat Bank Azərbaycan” ASC-lər, eləcə də “Access Bank” QSC-dir. Ən yüksək dinamika “Turan Bank”da (41,5 dəfə), ən aşağı dinamika isə “Zıraat Bank Azərbaycan”da (3,2%) qeydə alınıb.

6 bankın – “Azərbaycan Beynəlxalq Bankı” (ABB), “Kapital Bank”, “Günay Bank” və “Muğan Bank”, ASC-lərin, eləcə də “Yapı Kredit Bank Azərbaycan” QSC-nin isə xüsusi ehtiyatlara ayırmaları azalıb. Ən çox azalma “Muğan Bank”da (97,4%), ən az azalma isə ABB-də (20,2%) qeydə alınıb.

4 bankın – “Yelo Bank”, “Bank of Baku”, “Bank Respublika” və “Bank VTB Azərbaycan” ASC-lərin xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti artıb, 2 bankın – “Azərbaycan Sənaye Bankı” və “Express Bank” ASC-lərin isə xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti azalıb.

2 bank – “PAŞA Bank” və “Azər-Türk Bank” ASC-lər bu ilin yanvar-mart aylarında xüsusi ehtiyatlara vəsait ayırıb, ötən ilin eyni dövründə qənaət edib, 6 bank – “Rabitəbank”, “Naxçıvan Bank”, “Premium Bank”, “Bank BTB” və “AFB Bank” ASC-lər, İran Milli Bankının Bakı filialı isə bu ilin I rübündə xüsusi ehtiyatlar üzrə qənaət edib, ötən ilin eyni dövründə vəsait ayırıb. Odur ki, bu bankların xüsusi ehtiyatlar üzrə ayırmalarının / qənaətinin dinamikasını hesablamaq mümkün olmayıb. 

Bütün xəbərlər