Qətər riyalının dollara indeksləşdirilməsi üçün uyğun mühit var

11:36 - 25.05.2023


25 may, Fineko/abc.az. Paytaxt Dohada üçüncü dəfə keçirilən Qətər İqtisadi Forumunda çıxış edən Qətər Mərkəzi Bankının sədri Bəndər bin Məhəmməd bin Səud Əl Sani ABŞ-da likvidlik siyasətinin Qətər iqtisadiyyatı və maliyyəsi ilə uyğun olduğunu bildirib. Əl Sani bildirib ki, hazırda Qətər riyalının dollara indeksləşdirilməsi üçün uyğun mühit var.

ABC.AZ xəbər veri ki, qlobal inflyasiyanın bir çox ölkədə keçən il təsir etdiyinə diqqət çəkən Əl Sani, inflyasiyanın onilliklərin ən yüksək səviyyəsinə çatdığını, lakin son aylarda inflyasiya nisbətində yaxşılaşmanın olduğunu qeyd edib.Əl Sani bildirib ki, qiymət sabitliyi, inkişaf və maliyyə sabitliyi arasında tarazlıq təmin edilməlidir.

Qətərin paytaxtı Dohada üçüncü dəfə keçirilən Qətər İqtisadi Forumu dünyanın aparıcı iqtisadiyyatından olan 2000-dən çox nümayəndənin iştirakı ilə dünən başlayıb.

Bloomberg Media Group ilə birgə Dohada təşkil olunan forum mayın 25-də başa çatacaq.

Bütün xəbərlər