"Fitch" ABŞ-ın "AAA" kredit reytinqini proqnozunu "neqativ"ə dəyişib

11:56 - 25.05.2023


25 may, Fineko/abc.az. Beynəlxalq kredit reytinqi agentliyi "Fitch Ratings" borc limiti dilemması səbəbindən ABŞ-ın "AAA" kredit reytinqinin proqnozunu "neqativ"ə (mənfi) dəyişib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir. Borc limitinin artırılması siyasəti ABŞ-ın kredit qabiliyyətinə mənfi təsir göstərən risklərə işarə edir. Büdcə kəsirinin və borc yükünün artması fiskal çətinliklər yarada bilər.

ABŞ yanvarın 19-da 31,4 trilyon dollarlıq borc həddinə çatıb və ABŞ Maliyyə Nazirliyi limiti keçməmək üçün fövqəladə tədbirlər görməyə başlayıb.

Xəzinədarlıq Departamenti xəbərdarlıq etmişdi ki, bu cür fövqəladə tədbirlər iyunun 1-də tükənə bilər.

Tarixin yaxınlaşmasına bamayaraq, Ağ Evlə Respublikaçılar arasında büdcə limitinin artırılması ilə bağlı danışıqlarda hələlik razılıq əldə olunmayıb.

Bütün xəbərlər