"Ziraat Bank Azərbaycan" ASC Türkiyə şirkətini məhkəməyə verdi

15:19 - 25.05.2023


25 may, Fineko/abc.az. "Ziraat Bank Azərbaycan" ASC "İstanbul Çarşi İmport Eksport LTD" MMC ilə bağlı məhkəməyə müraciət edib.

ABC.AZ Pravda.az-a istinadən xəbər verir ki, bu barədə ASC Bakı Kommersiya Məhkəməsinə üz tutub.

Belə ki, bank borc müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

İddia hakim Zeynəb Axundovanın icraatına verilib.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Bütün xəbərlər