Xalis mənfəəti azalan sığorta şirkətləri - Siyahı

16:29 - 25.05.2023


25 may, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətindən 4-nin ötənilki (xalis) mənfəəti əvvəlki illə müqayisədə az olub.  

ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bunlar, “Meqa Sığorta”, “İpək Yolu Sığorta”, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti və “A-Qrup Sığorta” ASC-lərdir.

Ən çox azalma “A-Qrup Sığorta”da (94,4%), ən az azalma isə “Meqa Sığorta”da (3,6%) qeydə alınıb.

8 sığorta şirkətinin – “Meqa Həyat Sığorta”, “PAŞA Həyat Sığorta”, “Qala Həyat Sığorta”, “Xalq Həyat Sığorta”, “Atəşgah Həyat Sığorta”, “PAŞA Sığorta”, “Qala Sığorta” və “Naxçıvan Sığorta” ASC-lərin isə (xalis) mənfəəti artıb. Ən yüksək dinamika “Meqa Həyat Sığorta”da (3,2 dəfə), ən aşağı dinamika isə “Naxçıvan Sığorta”da (11,7%) qeydə alınıb. 

1 sığorta şirkətinin – “Günay Sığorta” ASC-nin (xalis) zərəri 9,1% artıb, 2 sığorta şirkətinin – “Azərsığorta” və “Atasığorta” ASC-lərin isə (xalis) zərəri azalıb. Müvafiq olaraq 26,9% və 74,6%.

4 sığorta şirkəti – “Atəşgah Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Azsığort” və “Xalq Sığorta” ASC-lər ötən ili zərərlə başa vursa da, əvvəlki ildən mənfəətlə çıxıb, 1 sığorta şirkəti – “Bakı Sığorta” ASC isə ötən ili mənfəətlə başa vursa da, əvvəlki ildən zərərlə çıxıb. Odur ki, bu şirkətlərin (xalis) mənfəətinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Bütün xəbərlər