"Veysəloğlu" MMC məhkəməyə verildi

16:52 - 25.05.2023


25 may, Fineko/abc.az. "Veysəloğlu" MMC barəsində cərimə protokolu yazılıb.

ABC.AZ-ın məlumatına görə, şirkət barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

İş hakim Nəriman Mehdiyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmə iclası mayın 31-nə təyin edilib.

Bütün xəbərlər