Çip istehsalı 2030-cu ilə qədər 1 trilyon dollara çatacaq - Pronoz

17:19 - 25.05.2023


25 may, Fineko/abc.az. ABŞ və Çin arasındakı çip böhranı genişlənir.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, iki ölkənin arasındakı süni çıkişmələr fonunda davam edən böhranda Çinin ABŞ-ın ən böyük yaddaş şirkəti “Micron”un Çin bazarından çıxartması sözügedən məsələni daha da qabardıb.

Ölkələr arasındakı çip böhranına baxmayaraq keçən il trilyonlarla çip istehsal olunub.

Beləliklə çip istehsalının ümumi qlobal dəyəri 580 milyard dollara yaxınlaşıb. Proqnozlara görə, bu bazarın 2030-cu ilə qədər 1 trilyon dollara çatacağı gözlənilir.

Bazarın böyümə sürəti belə olduğundan, iki ölkə arasında fərqli siyasətlər çip bazarına hakim olmağa davam edir.

ABŞ prezidenti Donald Trampın 2018-ci ildə Çinə qarşı başladığı ticarət müharibəsi ilə başlayıb.

Bütün xəbərlər